Qəzza ilə bağlı Blinken Yaxın Şərqə səfər edəcək

Qəzza ilə bağlı Blinken Yaxın Şərqə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfər edəcək.

APA xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Qəzzada atəşkəsin əldə edilməsi və Fələstin ərazilərinə humanitar yardımın artırılması səylərini müzakirə etmək üçün bu həftə Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək.

Blinkenin ilk olaraq martın 20-də Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlar aparmaq üçün bu ölkəyə gedəcək, daha sonra Misir rəhbərliyi ilə görüşmək üçün martın 21-də Qahirəyə gedəcək.

Blinkenin Yaxın Şərqə səfəri İsrail və HAMAS arasında oktyabrın əvvəlində başlayan müharibədən bəri altıncı səfərdir.