Bərdədə azyaşlını it dişləyib - YENİLƏNİB

Bərdədə azyaşlını it dişləyib - YENİLƏNİB

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

Bərdə rayon mərkəzi xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

***

17:30

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.