Paşinyan bu gün Gürcüstana səfərə gedəcək

Paşinyan bu gün Gürcüstana səfərə gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, Nikol Paşinyan səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

Paşinyan və Qaribaşvili həmçinin mətbuata birgə bəyanatla da çıxış edəcək.