NATO-nun Baş katibi Gürcüstanda səfərdədir - YENİLƏNİB

NATO-nun Baş katibi Gürcüstanda səfərdədir - YENİLƏNİB

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanda səfərdədir.

"Birxeber.Az" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, onu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze qarşılayıb.

Qeyd edək ki, Y.Stoltenberq Bakıdan Tbilisiyə səfər edib.

11:09

NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Gürcüstana səfər edəcək.

"Birxeber.Az" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, Bakıdan Tbilisiyə gedəcək.

Bildirilib ki, Y.Stoltenberq Gürcüstanda Prezident Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

İ.Kobaxidze ilə görüşdən sonra mətbuata birgə bəyanatlar veriləcək.

Qeyd edək ki, NATO-nun Baş katibi martın 19-da Gürcüstandan İrəvana yollanacaq.