Macarıstan XİN başçısı Türkiyəyə səfər edəcək
Sabah Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro Türkiyəyə səfər edəcək.
“Birxeber” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bıldirilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə ediləcək, eləcə də Türkiyə-Avropa İttifaqı münasibətləri və regional, habelə beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq.