Masallıda evdə yanğın olub, 1 nəfər xəsarət alıb

Masallıda evdə yanğın olub, 1 nəfər xəsarət alıb

Masallı şəhərində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb.

Birxeber.Az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.