Şoyqu Qara Dəniz Donanmasına pilotsuz qayıqların hücumunu dəf etmək üçün təlim keçmək tapşırıb

Şoyqu Qara Dəniz Donanmasına pilotsuz qayıqların hücumunu dəf etmək üçün təlim keçmək tapşırıb

Rusiya Müdafiə naziri Sergey Şoyqu Qara Dəniz Donanmasının komanda məntəqəsinə baş çəkib.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, o, pilotsuz qayıqların hücumlarını dəf etmək üçün məşq etməyi tapşırıb.

“Hər gün şəxsi heyətlə təlim keçirmək lazımdır. PUA-ların hücumlarını və ekipajsız qayıqların (dəniz dronları) hücumlarını dəf etmək üçün təlimini nəzərdə tuturam. Təlimi gecə-gündüz aparın ki, bütün heyətimiz hazır olsun”, - deyə Şoyqu bildirib.

PUA-ların hücumlarını dəf etmək üçün Şoyqu gəmilərə əlavə atəş gücü və iri çaplı pulemyotlu tüfəng sistemlərinin yerləşdirilməsini əmr edib.

Qeyd edək ki, Ukrayna müharibəsi zamanı Rusiyanın Qara Dəniz Donanması xeyli hərbi gəmisini itirib.