Moskvaya doğru uçan 4 PUA vurulub

Moskvaya doğru uçan 4 PUA vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri paytaxt Moskva şəhəri istiqamətində uçan 4 pilotsuz uçuş aparatını (PUA – Qeyd) məhv edib.

“Report”un məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Serqey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, iki PUA Moskva vilayətinin Domodedovo şəhər rayonunda, biri Ramenski şəhər rayonunda, digəri isə Stupinskidə vurulub.

“İlkin məlumatlara görə, dağıntıların düşdüyü yerdə tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”.

Rusiya bölgələri son günlər pilotsuz uçuş aparatı və raketlərdən istifadə etməklə kütləvi hücumlara məruz qalıb. Sonuncu dəfə martın 12-də Moskva vilayəti üzərində PUA vurulub.