Universitetlərə və kolleclərə qəbul olmaq istəyən 115 mindən çox abituriyent ərizəsini təsdiq edib

Universitetlərə və kolleclərə qəbul olmaq istəyən 115 mindən çox abituriyent ərizəsini təsdiq edib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizəsini təsdiq edib.

Birxeber.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, abituriyentlərdən 110 min 354 nəfər ali təhsil müəssisələrinə, 96 min 667 nəfər kolleclərə (11 illik) qəbul olmaq üçün müraciət edib.

Ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin 100 min 259 nəfəri Azərbaycan bölməsi üzrə, 10 min 095 nəfəri rus bölməsi üzrə sənəd verib.

Orta ixtisas təhsili müəssisələrinə (11 illik) sənəd verənlərin 89 min 858 nəfəri Azərbaycan bölməsi, 6 min 809 nəfəri isə rus bölməsi üzrə müraciət edib.