Keçmiş komissar: Aİ-nin təcili genişlənməsinə ehtiyac var

Keçmiş komissar: Aİ-nin təcili genişlənməsinə ehtiyac var

Avropa İttifaqının (Aİ) təcili genişlənməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə keçmiş komissarı Andres Pibalqs (Andris Piebalgs) XI Qlobal Bakı Forumu çərçivəsində “Regional Perspektivlər: Aİ və Qonşuları” mövzusunda panel müzakirələrində deyib.

O bildirib ki, bunun üçün müraciət və üzvlüklə bağlı son tarix də qoyula bilər: "Biz prosesi sürətləndirmək barədə düşünməliyik. Bunun üçün müvafiq işlər görülməlidir".