Bakı-Sumqayıt şosesi yaxınlığındakı ərazidə yanğın başlayıb
Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidəki quru otluq sahədə yanğın başlayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.