Messinin gəlişindən sonra "İnter Mayami"nin qiyməti 74 % artıb

Messinin gəlişindən sonra "İnter Mayami"nin qiyməti 74 % artıb

Argentinalı hücumçu Lionel Messinin ötən yay ABŞ təmsilçisi “İnter Mayami” klubuna transferi bütün MLS kimi, klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.

“Birxeber.Az”un məlumatına görə, bu barədə “Sportico” xəbər yayıb.

Belə ki, son bir ildə “İnter Mayami”nin dəyəri 74 % artaraq hazırda 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika klubunun gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub.

Qeyd olunur ki, son bir ildə MLS klublarının gəlirləri 27 % artıb.

Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.