Sumqayıtda üzərinə beton plitə aşan 47 yaşlı kişi ölüb

Sumqayıtda üzərinə beton plitə aşan 47 yaşlı kişi ölüb

Sumqayıtda 47 yaşlı yaşlı kişinin üzərinə beton plitə aşıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hadisə Metallurq küçəsində qeydə alınıb.

Belə ki, metal satışı ilə məşğul olan 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə beton plitə aşıb. O, hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.