Birxeber.az / Sumqayıtda üzərinə beton plitə aşan 47 yaşlı kişi ölüb

Sumqayıtda üzərinə beton plitə aşan 47 yaşlı kişi ölüb

15-03-2024, 15:40

Sumqayıtda 47 yaşlı yaşlı kişinin üzərinə beton plitə aşıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hadisə Metallurq küçəsində qeydə alınıb.

Belə ki, metal satışı ilə məşğul olan 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə beton plitə aşıb. O, hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt