BMT BA Prezidenti: XI Qlobal Bakı Forumunda iştirak edən rəsmilərin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir

BMT BA Prezidenti: XI Qlobal Bakı Forumunda iştirak edən rəsmilərin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir

XI Qlobal Bakı Forumunda iştirak edən liderlərin, sahibkarların, beynəlxalq təşkilatların rəhbərlərinin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis "X"də yazıb.

"XI Qlobal Bakı Forumunda çıxış etmək şərəfinə nail oldum. Günümüzün çağırışlarına dair dialoqu inkişaf etdirmək üçün tam motivasiyalıyam. Liderlərin, sahibkarların, beynəlxalq təşkilatların rəhbərlərinin və digər tənqidi düşünənlərin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir",-o qeyd edib.