Birxeber.az / BMT BA Prezidenti: XI Qlobal Bakı Forumunda iştirak edən rəsmilərin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir

BMT BA Prezidenti: XI Qlobal Bakı Forumunda iştirak edən rəsmilərin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir

15-03-2024, 14:40

XI Qlobal Bakı Forumunda iştirak edən liderlərin, sahibkarların, beynəlxalq təşkilatların rəhbərlərinin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis "X"də yazıb.

"XI Qlobal Bakı Forumunda çıxış etmək şərəfinə nail oldum. Günümüzün çağırışlarına dair dialoqu inkişaf etdirmək üçün tam motivasiyalıyam. Liderlərin, sahibkarların, beynəlxalq təşkilatların rəhbərlərinin və digər tənqidi düşünənlərin sayı bu mötəbər forumun nüfuzundan xəbər verir",-o qeyd edib.

I had the honor of addressing the XI #GlobalBakuForum. I am motivated to advance dialogue on the challenges of our day. The number of leaders, entrepreneurs, heads of internl organizations & other critical thinkers speaks volumes about the convening power of this esteemed forum. pic.twitter.com/Vb7IGXTHRd

— UN GA President (@UN_PGA) March 15, 2024
Geri qayıt