Levan Mamaladze: Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var - YENİLƏNİB
Türkiyənin Kastamonu şəhərində baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 6-ya çatıb.
“Report” xəbər verir ki, bu barədə şəhərin valisi Meftun Dallı məlumat verib.
O qeyd edib ki, hadisə nəticəsində 33 nəfər yaralanıb.
Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtobusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.