Kəlbəcər sakini: "Ermənilər "Tunel" qırğınında atamı və bacımı öldürüb, onun körpəsini isə girov götürdülər"

Kəlbəcər sakini: "Ermənilər "Tunel" qırğınında atamı və bacımı öldürüb, onun körpəsini isə girov götürdülər"

"Atam, bacım və bacımın uşağı 1992-ci ildə "Tunel" qırğını zamanı ermənilərin silahlı hücumuna məruz qalıb".

Bunu "Birxeber"un Kəlbəcərə ezam olunmuş əməkdaşına həmin faciə zamanı ailə üzvlərini itirmiş Kəlbəcər sakini Əfsəl Mirzəyev deyib.

Həmin hadisələrlə bağlı xatirələrini bölüşən Ə.Mirzəyev bildirib ki, hadisələrin cərəyan etdiyi dönəmdə atası məktəb direktoru, bacısı isə müəllim vəzifəsində çalışırmış:

"Həmin vaxtlar mən 26 yaşında idim. Bacımın isə 28 yaşı var idi və o, qonşu kənddə məktəblərin birində müəllim işləyirdi. Həmin günü bacım azyaşlı övladı ilə birlikdə atamgilə qonaq gəlmişdi. Qaçaqaç düşən zaman atam, bacım və onun körpəsi ermənilərin silahlı hücumuna məruz qalıb".

Onun sözlərinə görə, hadisə zamanı atası və bacısı qətlə yetirilib, körpə isə girov götürülüb: "Sonradan bacımın uşağı Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə girovluqdan azad edildi. Amma atamın və bacımın harada dəfn olunduqları barədə məlumatımız olmadı. Buna görə də onlar itkin sayılır".

Kəlbəcər sakini Maqsud Rəhimov isə deyib ki, atası Əskərxan kişi "Tunel" qırğını zamanı girov götürülüb. Onun sözlərinə görə, ermənilər atasının olduğu avtobusu pusquya salaraq bir neçə şəxsi güllələyib, bir qismini isə girov götürərək işgəncələrə məruz qoyublar.

Qeyd edək ki, "Tunel" qətliamını törədən dəstəyə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən "Avo" ləqəbli Monte Melkonyan başçılıq edib.

QARABAĞ QARABAĞ
Ağdamda yol çəkən texnika

Ağdamda yol çəkən texnika

QARABAĞ QARABAĞ
Fransanın işgüzar dairələri azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

Fransanın işgüzar dairələri azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

QARABAĞ QARABAĞ
Gürcüstan nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb - FOTO

Gürcüstan nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb - FOTO

QARABAĞ QARABAĞ
Prezident: "Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir"

Prezident: "Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir"

QARABAĞ QARABAĞ
ABŞ-ın Ermənistandakı səfirliyi: "Endryu Şofer Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə müşaviridir"

ABŞ-ın Ermənistandakı səfirliyi: "Endryu Şofer Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə müşaviridir"

QARABAĞ QARABAĞ
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür

Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür

QARABAĞ QARABAĞ
Daşaltı kəndində turizm kompleksləri tikiləcək

Daşaltı kəndində turizm kompleksləri tikiləcək

QARABAĞ QARABAĞ
Qarabağda minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə edilir

Qarabağda minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə edilir

QARABAĞ QARABAĞ
Bakı Yeparxiyası: “Multikulturalizm və çoxmillətlilik Azərbaycana xas xüsusiyyətlərdir”

Bakı Yeparxiyası: “Multikulturalizm və çoxmillətlilik Azərbaycana xas xüsusiyyətlərdir”

QARABAĞ QARABAĞ
İranla Azərbaycan iki SES-də işlərin davam etdirilməsi ilə bağlı razılaşdı

İranla Azərbaycan iki SES-də işlərin davam etdirilməsi ilə bağlı razılaşdı

QARABAĞ QARABAĞ
Bu günədək azad edilmiş ərazilərdə aşkar edilən mina sayı açıqlandı - FOTO/VİDEO

Bu günədək azad edilmiş ərazilərdə aşkar edilən mina sayı açıqlandı - FOTO/VİDEO

QARABAĞ QARABAĞ
Fərrux şəhidinin anası: "Adını Qəhrəman qoydum, qəhrəmancasına şəhid oldu"

Fərrux şəhidinin anası: "Adını Qəhrəman qoydum, qəhrəmancasına şəhid oldu"