Azərbaycanda ötən il 1,4 milyon hektar ərazi suvarılıb

Azərbaycanda ötən il 1,4 milyon hektar ərazi suvarılıb

2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün ötən ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib.