Yaponiyada güclü zəlzələ olub - YENİLƏNİB

Yaponiyada güclü zəlzələ olub - YENİLƏNİB

Yaponiyanın şimal-şərqində, Fukusima şəhərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Birxeber.Az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə hər hansı məlumat daxil olmayıb.

Yeraltı təkanlardan sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Həmçinin "Fukusima-1" atom elektrik stansiyasında müvafiq fövqəladə yoxlamalar aparılır. Zəlzələ Yaponiyanın şimal-şərqində və mərkəzi hissəsində yerləşən yeddi prefekturada, həmçinin Fukusima, Miyaqi və Tokioda hiss olunub.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın Fukusima prefekturasında 9 bal gücündə zəlzələ baş verib. Faciə nəticəsində 18 423 nəfər həlak olub.

***
19.31

Yaponiyada güclü zəlzələ baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə yerli “NHK World-Japan” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Yaponiyanın zəlzələ intensivliyi şkalası üzrə (1-7 bal arası) 5 bal gücündə olan zəlzələ ölkənin Fukusima prefekturasında baş verib.

Dağıntılar haqda hələlik məlumat yoxdur.