PSJ-nin ulduz futbolçusu Paris-2024-ə qatılmaya bilər

PSJ-nin ulduz futbolçusu Paris-2024-ə qatılmaya bilər

Fransa millisinin və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe Paris-2024 Yay Olimpiya Oyunlarını buraxa bilər.

"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, hücumçu AVRO-2024-də iştirakı səbəbindən olimpiadaya qatılmaq istəmir.

25 yaşlı forvard qrafikin sıx olması səbəbindən olimpiadanı buraxa biləcəyini açıqlayıb. Belə ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək, Yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Digər bir səbəb isə oyunçunun yayda "Real" keçəcəyi təqdirdə müqaviləsində olimpiadada iştirakının qadağan olunması ilə bağlı bəndin mövcudluğudur.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-nin şərəfini qoruyur. O, bu mövsüm meydana çıxdığı 36 matçda 35 qol vurub, 7 məhsuldar ötürmə edib.