İspaniyanın sabiq XİN rəhbəri COP29-un uğurla keçiriləcəyinə inanır

İspaniyanın sabiq XİN rəhbəri COP29-un uğurla keçiriləcəyinə inanır

Mən COP29-da iştirakı həvəslə gözləyirəm.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə İspaniyanın sabiq xarici işlər naziri Anna Palasio deyib.

O, COP29-un uğurla keçiriləcəyinə inamını ifadə edib.

O, çıxışını enerji keçidi və “yaşıl enerji” üzərində qurub.

Sabiq XİN rəhbəri deyib ki, enerji keçidi prosesində bütün ölkələrdən eyni addımları və sürəti gözləmək doğru deyil, çünki bu ölkələrin hamısı eyni imkanlara malik deyil.