Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib

Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib

Azərbaycandan Rusiyaya 612 min ədəd olmaqla ərzaq yumurtasının daha iki partiyası ixrac edilib. Ümumilikdə, yanvarın 25-nə Rusiya Federasiyası Azərbaycandan 4,2 milyon ədəd yumurta alıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

“Yanvarın 25-də Rusiyaya Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib. Yanvarın 25-dək Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta idxal edilib.”, - məlumatda deyilir.