Birxeber.az / Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib

Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib

25-01-2024, 23:50

Azərbaycandan Rusiyaya 612 min ədəd olmaqla ərzaq yumurtasının daha iki partiyası ixrac edilib. Ümumilikdə, yanvarın 25-nə Rusiya Federasiyası Azərbaycandan 4,2 milyon ədəd yumurta alıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

“Yanvarın 25-də Rusiyaya Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib. Yanvarın 25-dək Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta idxal edilib.”, - məlumatda deyilir.

Geri qayıt