Xüsusi təyinatlı ali məktəblərin kursantları arasında intellektual yarış keçirilib

Xüsusi təyinatlı ali məktəblərin kursantları arasında intellektual yarış keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə respublikanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında “Novruz kuboku” uğrunda “Brain ring” intellektual yarışı keçirilib.

APA nazirliyə istinadən xəbər verir ki, yarışda FHN-in Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutu və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.

Yarış gənclərin intellektual səviyyə və dünyagörüşlərinin daha da inkişaf etdirilməsi, bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının mənalı və səmərəli təşkili məqsədilə keçirilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışın qalibi FHN-in Akademiyasının komandası olub. Yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun komandası isə üçüncü yerə çıxıb.

Qalib komandalar diplom və kuboklarla mükafatlandırılıblar.