"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sumqayıt" klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.

Bu barədə "Birxeber.Az"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

20 yaşlı müdafiəçi "3+1" illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, 2022-ci ildən "Sumqayıt"ın formasını geyinən oyunçu bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.