Birxeber.az / "Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb

12-03-2024, 15:40

"Sumqayıt" klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.

Bu barədə "Birxeber.Az"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

20 yaşlı müdafiəçi "3+1" illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, 2022-ci ildən "Sumqayıt"ın formasını geyinən oyunçu bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.

Geri qayıt