Medvedev Makronu qorxaq adlandırıb

Medvedev Makronu qorxaq adlandırıb

Fransa Prezidenti Emmanuel Makron qorxaqlığına görə Ukraynaya səfərini təxirə salıb.

APA xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" hesabında bildirib.

Makronun yaxın həftələrdə Ukraynaya səfər etmək planları barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bunları bildirib:

"Makron Kiyevə səfərə hazırlaşır? İliyə qədər qorxaqdır!"

Ötən gün AFP Yelisey sarayına istinadən Makronun yaxın həftələrdə Ukraynaya səfər edəcəyini bildirib. Elə həmin gün axşam "Politico" nəşri Makronun Rusiya ilə münasibətdə müttəfiqlərlə fikir ayrılıqları səbəbindən planlaşdırılan səfərini təxirə saldığını yazdı.