Leyla Abdullayeva Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

Leyla Abdullayeva Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Beynəlxalq Nəqliyyat Forumuna (BNF) üzv ölkələrin səfirləri üçün brifinqdə iştirak edib.

“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“BNF tərəfindən səfirlər üçün dərin, informativ və maraqlı brifinq. Baş katib Yanq Te Kim və Katibliyin əməkdaşları, BNF-in cari və gələcək işləri və fəaliyyətləri barədə icmal verdiyiniz üçün təşəkkür edirik”, – səfir nəql edib.