Prezident: Ümidvaram ki, Azərbaycan ilə Ermənistan danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq

Prezident: Ümidvaram ki, Azərbaycan ilə Ermənistan danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq

"Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim”.

Birxeber.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.

“Ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq”, - dövlət başçısı deyib.