Ötən il Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2.2 mlrd. manata yaxın olub

Ötən il Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2.2 mlrd. manata yaxın olub

Ötən il Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard 194 milyon manat əməliyyat aparılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 1.8% çoxdur.

Xatırladaq ki, ötən ilin dekabr ayında 202.8 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da əvvəlki ilin dekabr ayı ilə müqayisədə 6.5% çoxdur.