Lənkəranda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ağaddin Qasım oğlu Qasımovun idarə etdiyi "QAZel" markalı yük avtomobil, 1990-cı il təvəllüdlü İsmayıl Əvəzəli oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ-2106" deformasiyaya uğrayıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub. "VAZ 21-06"da sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini, 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.