Beynəlxalq konfrans iştirakçılarının Şuşada Yuxarı Gövhər Ağa məscidi ilə başlayan səfəri Cıdır düzünün ziyarəti ilə başa çatıb - FOTO

Beynəlxalq konfrans iştirakçılarının Şuşada Yuxarı Gövhər Ağa məscidi ilə başlayan səfəri Cıdır düzünün ziyarəti ilə başa çatıb - FOTO

İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçılarının Şuşada Yuxarı Gövhər Ağa məscidi ilə başlayan səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başa çatıb.

Birxeber.Az-nın Qarabağ bürosu xəbər verir ki, səfər çərçivəsində iştirakçılar Vaqif türbəsini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini ziyarət ediblər.

Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar. Səfər bununla başa çatıb.