KİV: HAMAS Qahirədə Qəzza ilə bağlı danışıqları bərpa etmək barədə hələ qərar verməyib

KİV: HAMAS Qahirədə Qəzza ilə bağlı danışıqları bərpa etmək barədə hələ qərar verməyib

Fələstin HAMAS hərəkatının liderləri Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı Qahirədə çoxtərəfli danışıqların bərpasının vaxtı ilə bağlı hələlik qərar qəbul etməyiblər.

APA xəbər verir ki, bu bəyanatla “Əl Ərəbiyyə” telekanalı hərəkatın liderlərindən birinə istinadla çıxış edib.

"Qahirədə sülh danışıqlarının bərpası ilə bağlı qərar hələ verilməyib. Bu məsələdə heç bir irəliləyiş yoxdur, çünki İsrailin baş naziri Benyamin Netanyahu ədalətli tələblərimizi təmin etməkdən boyun qaçırır", - telekanal adı açıqlanmayan yüksək vəzifəli HAMAS üzvünün sözlərindən sitat gətirir.

Qeyd edək ki, Qəzza ilə bağlı çoxtərəfli məsləhətləşmələr martın 3-dən 7-dək Misirin paytaxtında keçirilib və bu mərhələdə HAMAS ilə İsrail tərəfi arasında heç bir razılaşma əldə olunmadan başa çatıb.