Beynəlxalq konfransın iştirakçıları Azərbaycana qarşı törədilmiş islamafob, türkəfob aktlarının canlı şahidi olub

Beynəlxalq konfransın iştirakçıları Azərbaycana qarşı törədilmiş islamafob, türkəfob aktlarının canlı şahidi olub

İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın 3-cü günün Şuşa şəhəri ilə başlamasında məqsəd Şuşa şəhərinin 2024-cü ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi olubdu.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səfərdə 32 ölkədən 130-a yaxın ekspert, beyin mərkəzləri direktorları, din xadimləri, icma rəhbərləri iştirak edir.

Qonaqlar Şuşa şəhərində törədilmiş vandalizim aktları ilə yanaşı son bərpa quruculuq işləri ilə də tanış olacaqlar. Konfrans iştirakçıları Yuxarı Gövhər Ağa məscidində namaz qılıb dua oxuduqdan sonra Şuşanın digər tarixi mədəni abidələrini görmək üçün hərəkət ediblər. Tədbirin təşkil olunmasında məqsəd konfrans iştirakçılarına faktları yerində müqayisəli şəkildə göstərmək islamofobiyanın Azərbaycana qarşı törədilmiş islamafob, türkəfob aktların canlı nümunəsidir.