Maldiv Türkiyədən alınan dronları idarə etmək üçün baza yaradır

Maldiv Türkiyədən alınan dronları idarə etmək üçün baza yaradır

Maldiv Respublikası okean ərazilərini izləmək üçün Türkiyədən gətirilən hərbi pilotsuz təyyarələri idarə etmək üçün Maafaru adasında PUA bazası yaratmağa başlayıb.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə "The Edition" portalı məlumat yayıb.

KİV-in məlumatına görə, baza beynəlxalq hava limanının yerləşdiyi Maafarunun şimalında yaradılır. Həmçinin bildirilir ki, Maldivin bir qrup hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir. Rəsmilər hələ bu layihə ilə bağlı heç bir məlumat verməyiblər.

Ölkə Prezidenti Məhəmməd Muizzu daha əvvəl bildirib ki, ölkə müstəqil şəkildə Maldiv adalarının dənizdəki ərazisinə sutka ərzində nəzarət etmək imkanını təmin edəcək. Onun sözlərinə görə, bu aydan etibarən ölkənin dəniz zonası üçün 24 saatlıq müşahidə sistemi təşkil olunacaq və işə salınacaq. "Bu, bizə imkan verəcək ki, ölkəmizi idarə edə bildiyimizi hiss edək. Bu, özümüzü müstəqil hiss etməyə imkan verəcək", - Prezident qeyd edib.

Yanvar ayında “The Maldives Journal”, Maldiv hökumətinin ada dövləti ilə 37 milyon dollara müasir kəşfiyyat pilotsuz uçuş aparatları alması üçün Türkiyə ilə müqavilə imzaladığını yazıb. Güman edilir ki, Türkiyənin pilotsuz təyyarələri Hindistan Hərbi Hava Qüvvələrinin Maldiv adalarında yerləşdirilən və Maldiv hakimiyyətinin tərk etmək qərarına gəldiyi təyyarə və helikopterləri əvəz edəcək. Əvvəllər şübhəli gəmiləri aşkar etmək, silah və narkotik ticarəti əməliyyatlarını izləmək üçün kəşfiyyat uçuşları Hindistanın “Dornier” təyyarəsi ilə həyata keçirilirdi.