"Sərhədçi"nin baş məşqçisi "Sabah" üzərində qələbənin səbəbini açıqlayıb

"Sərhədçi"nin baş məşqçisi "Sabah" üzərində qələbənin səbəbini açıqlayıb

"Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya "Sabah"ı 87:82 hesabı ilə məğlub etdikləri Azərbaycan Kuboku oyununu dəyərləndirib.

"Birxeber.Az"un məlumatına görə, mütəxəssis qələbənin səbəbini açıqlayıb.

O, görüşə yaxşı hazırlaşdıqlarını və bunun bəhrəsini gördüklərini bildirib: “Çətin matça hazırlaşmışdıq. “Sabah”ın çox dəyərli yerli və əcnəbi oyunçuları var. 4-5 gün dincəlmədən məşq etdik. Uşaqlarla bütün detalları çalışdıq. Çox şükür, müdafiədə çox uğurlu olduq. Ümidvaram ki, davamını gətirərik. “Sabah” kimi dəyərli baş məşqçisi və oyunçuları olan komandanı udduğumuz üçün çox xoşbəxtik. Onlara digər matçlarında uğurlar arzulayıram”.