Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb

Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb

Martın 10-u saat 07:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.

Yağışın miqdarı

Naxçıvanda 5 mm, Şahbuzda 2 mm, Şərurda 4 mm, Ordubadda 3 mm, Culfada 2 mm, Kəngərlidə 6 mm, Sədərəkdə 2 mm olub.

Qarın hündürlüyü

Qeyd edək ki, saat 07:00-a olan məlumata əsasən qarın hündürlüyü Nürgütdə (Ordubad) 23 sm, Küküdə(Şahbuz) 19 sm, Ərəfsədə(Culfa) isə 5 sm olub.