Ələsgər Məmmədli və Ruslan İzzətli barəsində 4 aylıq həbs qərarı verilib - YENİLƏNİB-1

Ələsgər Məmmədli və Ruslan İzzətli barəsində 4 aylıq həbs qərarı verilib - YENİLƏNİB-1

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan müddəti seçilib.

***

18.10

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılır.

***

16.33

Ötən gün "Toplum TV” işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

APA-nın əldə etdiyi xəbərə görə, istintaq orqanı hər iki şəxslə bağlı 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.

Yaxın saatlarda onlar məhkəmə qarşısına çıxarılacaq. Təqdimatlara məhkəmənin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ələsgər Əhmədoğlu (Məmmədli) və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar.