Mirzoyan: Ermənistan Aİ-yə daxil olmaq imkanlarını müzakirə edir

Mirzoyan: Ermənistan Aİ-yə daxil olmaq imkanlarını müzakirə edir

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq imkanlarını müzakirə edir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan “TRT World”a müsahibəsində deyib.

Onun sözlərinə görə, məsələ son 3-4 il ərzində İrəvanın üzləşməyə məcbur qaldığı çağırışlar fonunda yaranıb: “Ermənistan yeni imkanları fəal şəkildə müzakirə edir. Bu baxımdan Aİ-yə üzvlük ideyası da gündəmdədir”.

Nazir əlavə edib ki, Aİ, eləcə də ABŞ Ermənistanda institusional dəyişiklikləri və demokratik islahatları təşviq edir: “İrəvan həm Qərbdə, həm də Şərqdə tərəfdaş və müttəfiqlər dairəsini genişləndirməyə çalışır”.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.