Saatlı sakini güllələnib

Saatlı sakini güllələnib

Saatlı sakini ov tüfəngindən açılan atəşlə yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Məzrəli kəndində qeydə alınıb. Həmin kəndin sakini Telman Mehtiyevin ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası aldığı bildirilir. Yaralı Saatlı xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.