Orban Trampla Floridadakı malikanəsində görüşüb

Orban Trampla Floridadakı malikanəsində görüşüb

Macarıstanın baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşüb.

“Report” xəbər verir ki, bunu Orbanın mətbuat katibi Bertalan Havasi bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar bir saat davam edib: “Ən yaxın işçiləri onların yanında olub. Məlumdur ki, xüsusən də xarici işlər naziri Peter Siyarto Floridaya gedib. Görüşdən sonra proqram birgə şam yeməyi və konsert proqramı ilə davam edəcək”.

Sözçü Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-a səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər.

Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ Evə qayıtmasını arzuladığını gizlətmir.