Talqat Kaliyev: Azərbaycan islamofobiya ilə mübarizədə mühüm rol oynayır

Talqat Kaliyev: Azərbaycan islamofobiya ilə mübarizədə mühüm rol oynayır

Azərbaycan islamofobiya ilə mübarizədə mühüm rol oynayır.

Bu barədə “Report”a açıqlamasında siyasi elmlər namizədi, Qazaxıstan Prezidenti yanında milli qurultayın üzvü Talqat Kaliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bugünkü tədbiri təşkil etməsi sivilizasiya, müsəlman dünyası və dünyada ümumi harmoniya üçün məsuliyyət hissinin nümayişidir: “Azərbaycanın çoxlu sayda dini konfessiyaların dinc yanaşı yaşaması təcrübəsi var. Bu zəngin və son dərəcə dəyərli təcrübə bu gün bütün dünya üçün faydalıdır”.

T.Kaliyev qeyd edib ki, belə konfransların uzunmüddətli effekti var: “Bu, qısa müddətdə Azərbaycanın beynəlxalq birliyin nüfuzlu və məsuliyyətli üzvü kimi rolunu nümayiş etdirir. Bu, uzunmüddətli perspektivdə isə bizə imkan verir ki, bütün dünyaya islam dünyasının nümayəndələrini sivil, savadlı insanlar kimi göstərə bilək. Bununla biz nümayiş etdirəcəyik ki, müsəlmanlar da dünyanın inkişafı və tərəqqisində maraqlıdırlar və tolerantlıq və bütün dini etiqadlara hörmət, vicdan azadlığı, söz azadlığı kimi ideyaları ön plana çıxarırlar”.