Akmal Saidov: “Təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır”

Akmal Saidov: “Təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır”

Gələcək nəsil üçün təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır.

“Birxeber.Az” xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyəti Günlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elm sahəsində daha sıx əməkdaşlıq üçün müəllim mübadiləsi proqramlarına ehtiyac var:

“Özbəkistan alimləri burada, azərbaycanlı həmkarlarımız isə universitetlərimizdə mühazirələr oxuya bilərlər. Namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi zamanı qarşılıqlı dəstək də çox vacibdir. Əvvəllər belə idi, lakin son vaxtlar bu praktika öz aktuallığını itirdi. Hesab edirəm ki, bu, həm də ölkələrimiz arasında elmi sahədə qarşılıqlı fəaliyyət sahələrindən biridir.”