Agentlik rəsmisi: Su təsərrüfatı ilə bağlı bir sıra məsələlər Nazirlər Kabinetinə təqdim olunub

Agentlik rəsmisi: Su təsərrüfatı ilə bağlı bir sıra məsələlər Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanda su təsərrüfatı ilə bağlı bir sıra məsələlər müzakirə edilərək təkmilləşdirilib və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin sədr müavini, "Su şəbəkəsinə qoşulma" işçi qrupunun rəhbəri Etibar Məmmədov Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, hökumətə təqdim olunmuş sənədlər su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə prosedurların siyahısını, reqlamentini, prosedurlardan keçmə prosesini, məsul tərəflərin səlahiyyət və öhdəliklərini ehtiva edir.