HP-nın tövsiyələrinə əsasən 88 daşınmaz dövlət əmlakı yerli icra hakimiyyəti orqanlarının balansına verilib

HP-nın tövsiyələrinə əsasən 88 daşınmaz dövlət əmlakı yerli icra hakimiyyəti orqanlarının balansına verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə əsasən dövlət vəsaitləri hesabına inşa edilib müharibə əlilləri və şəhid ailələrinə verilən fərdi evlərin (mənzillərin) mövcud qanunvericiliyə uyğun uçota alınması ilə bağlı verilmiş tövsiyə ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 88 ədəd daşınmaz dövlət əmlakının yerli icra hakimiyyəti orqanlarının balansına verilməsi təmin edilib.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə hesabat ilində aktual olan bəzi məsələlərə, o cümlədən dövlət vəsaitləri hesabına inşa edilib müharibə əlilləri və şəhid ailələrinə verilən fərdi evlərin (mənzillərin) mövcud qanunvericiliyə uyğun uçota alınması, dövlət mülkiyyətində olan müəssisələrin gömrük ödənişləri üzrə yaranan borclarının ödənilməsi, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin limitinin müəyyən edilməsinin təkmilləşdirilməsinə dair məlumat da Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.