Sahib Ələkbərov: Türk Dövlətləri Təşkilatının katibliyinə təkliflər verilib

Sahib Ələkbərov: Türk Dövlətləri Təşkilatının katibliyinə təkliflər verilib

Türk Dövlətləri Təşkilatının (TDT) Ticarətin asanlaşdırılması üzrə strategiya sənədi ilə bağlı yaradılmış "Beynəlxalq Ticarət "İşçi Qrupunun fəaliyyətinə cəlb edilmiş qurumlar təşkilatın katibliyinə bir sıra təkliflər verib.

"Birxeber.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

"Həmin təkliflər bir sıra istiqamətləri əhatə edir. Bunlar, üzv ölkələrdə yerüstü nəqliyyatla bağlı tətbiq olunan rüsumların, eləcə də çəki, ölçü, xüsusi icazə alınması, təhlükəli yüklərin daşınması və s. barədə tələblər üzrə məlumatın elektron mübadiləsinin həyata keçirilməsi, üzv ölkələr arasında səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması barədə sazişlərin imzalanması imkanlarının araşdırılması, Türkiyədə tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsi barədə araşdırma aparılması və məlumatların təqdim edilməsidir", - deyə o qeyd edib.