Amerikalılar “qara cümə” günü onlayn alış-verişə rekord miqdarda pul xərcləyiblər

Amerikalılar “qara cümə” günü onlayn alış-verişə rekord miqdarda pul xərcləyiblər

ABŞ-da istehlakçılar bu il “qara cümə” günü onlayn alış-veriş zamanı 9,12 milyard dollar xərcləyiblər ki, bu da rekord göstəricidir.

“Report” xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin gün ümumilikdə onlayn satışlar illik müqayisədə 2,3 % artıb. Bu xüsusilə elektronika sektorunda hiss olunub. Belə ki, bu məhsulların onlayn satışı oktyabr ayı ilə müqayisədə orta hesabla 221 % artıb. Digər populyar kateqoriya isə 285 % artımla oyuncaqlar, həmçinin 218 % artımla fitnes avadanlıqları olub.

Lakin bahalaşma və inflyasiya səbəbindən bir çox alıcı hissə-hissə ödəmə yöndəminə baş vurub. Bu ödəniş sxemi ilə alışların sayı keçən həftə ilə müqayisədə 78 % artıb. Telekanal qeyd edib ki, bu il də smartfonlardan əvvəlki illə müqayisədə daha çox sifariş olub – 48 % 44 %-ə qarşı.

Qeyd edək ki, “qara cümə” (ing. “Black Friday”) ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. Türkiyə, Azərbaycan və bir sıra müsəlman ölkələrdə əlamətdar günün adının yerli dini inanca hörmətsizlik olduğu irəli sürülərək “əfsanə cümə” və ya sadəcə ingilis variantı - “black friday” ifadələri istifadə edilir.

1952-ci ildən bəri Şükran Günündən sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq “qara cümə” termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara cümə günü bir çox mağazada yüksək nisbətdə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran Günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını yüksək faizli güzəştlə satırlar. “Qara cümə” kampaniyaları ABŞ-dan başqa Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində geniş yayılıb.

Biznes Biznes
Əlverişsiz hava şəraiti səbəbindən Bakıdan Naxçıvana bütün reyslər təxirə salınıb

Əlverişsiz hava şəraiti səbəbindən Bakıdan Naxçıvana bütün reyslər təxirə salınıb

Biznes Biznes
Azərbaycanda ixracın və investisiyaların təşviqi üçün yeni strategiyalar hazırlanıb

Azərbaycanda ixracın və investisiyaların təşviqi üçün yeni strategiyalar hazırlanıb

Biznes Biznes
Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq

Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq

Biznes Biznes
“Azərbaycan Dəmir Yolları”nın sədr müavini STP-nin rəhbərliyinə gətirilib

“Azərbaycan Dəmir Yolları”nın sədr müavini STP-nin rəhbərliyinə gətirilib

Biznes Biznes
Şahin Bağırov Neftçalada vətəndaşları qəbul edəcək

Şahin Bağırov Neftçalada vətəndaşları qəbul edəcək

Biznes Biznes
Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb

Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb

Biznes Biznes
Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Biznes Biznes
Bəxtiyar Əliyev: “Azərbaycanda "daxildə emal" xüsusi proseduru investisiya qoyuluşu imkanlarını artıracaq”

Bəxtiyar Əliyev: “Azərbaycanda "daxildə emal" xüsusi proseduru investisiya qoyuluşu imkanlarını artıracaq”

Biznes Biznes
Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları təsdiqlənib

Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları təsdiqlənib

Biznes Biznes
Azərbaycanda zərgərlik məmulatını saxtalaşdırmaq çətinləşəcək: yeni nəzarət mexanizmi yaradılır

Azərbaycanda zərgərlik məmulatını saxtalaşdırmaq çətinləşəcək: yeni nəzarət mexanizmi yaradılır

Biznes Biznes
Dövlət Xidməti sertifikatlaşdırma xidmətləri göstərən şirkəti cəzalandırıb

Dövlət Xidməti sertifikatlaşdırma xidmətləri göstərən şirkəti cəzalandırıb

Biznes Biznes
AZPROMO ixracatçılar arasında sorğu keçirir

AZPROMO ixracatçılar arasında sorğu keçirir