Azərbaycanda 12 milyon manat dəyərində fibrobeton və polistirolbeton blokların istehsalı yaradılır

Azərbaycanda 12 milyon manat dəyərində fibrobeton və polistirolbeton blokların istehsalı yaradılır

Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisində investisiya dəyəri 11,9 milyon manat olan fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla bağlı "Eos Qrup" MMC-yə sənaye parkının rezidenti statusu verilib.

Müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.