Türkiyəli baş məşqçi: Azərbaycan millisini tanımağımız üstünlükdür

Türkiyəli baş məşqçi: Azərbaycan millisini tanımağımız üstünlükdür

Rəqiblərimizdən birini tanımaq bizim üçün yaxşı üstünlükdür.

"Birxeber.Az"un məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Necla Güngör yerli federasiyanın rəsmi saytına açıqlamasında AVRO-2025-in seçmə mərhələsindəki rəqiblərindən biri olan Azərbaycan yığması barədə danışarkən deyib.

Mütəxəssis daha əvvəl iki kollektivin bir neçə dəfə yoldaşlıq görüşündə üz-üzə gəldiyini xatırladıb: "İki komanda bir-birini çox yaxşı tanıyır. Türkiyə ilə Azərbaycan arasında illərdir davam edən dostluq və qardaşlıq əbədidir. İnanıram ki, bu turnir ölkəmizdə qadın futbolunun səviyyəsini daha da yüksəldəcək".

Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.